Qusarda “Şəhidlər bulağı”nın açılışı oldu – FOTO/VİDEO

Qusarda “Şəhidlər bulağı”nın açılışı oldu – FOTO/VİDEO

Hazırda oxunan: Qusarda “Şəhidlər bulağı”nın açılışı oldu – FOTO/VİDEO

44028

Qusarın Əniğ kəndində Şəhidlər bulağının açılışı olub.

Bizim.Media-nın məlumatına görə, Vətən Müharibəsinin Əniğ kəndindən olan şəhidləri - leytenant Sərraf İmaməliyevin və çavuş Amrid Yunusovun xatirəsinə həsr edilmiş Şəhidlər bulağı kənd camaatının maddi dəstəyi  ilə inşa edilib.

Tədbir Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin orkestrinin ifa etdiyi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. 
 

Açılış mərasimində şəhidlərin ailə üzvləri, döyüşçü dostları, hərbçilər, Qarabağ Müharibəsi Əlilləri, veteranlar və “Şəhid Ailələri İctimai Birliyi”nin Qusar filialının üzvləri, rayon İH-nin əməkdaşları, kənd sakinləri iştirak edib.


Çıxış edənlər Əniğ kəndinin iki qorxmaz şəhidi Sərraf İmaməliyevlə Amrid Yunusovun Vətən Müharibəsində göstərdikləri döyüş şücaətlərinə nəzər salıb, barələrində xatirələrini bölüşüblər.

Aytəkin Alxaslı, Bizim.Media
 


 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO