Ərdoğan Romada G20 sammitində çıxış edəcək - VİDEO

Ərdoğan Romada G20 sammitində çıxış edəcək - VİDEO

Hazırda oxunan: Ərdoğan Romada G20 sammitində çıxış edəcək - VİDEO

43921

Bu gün Romada ikigünlük G20 sammiti başlayır.

Bizim.Media Anadolu agentliyinə istinaədn xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatlarının liderləri iqlim dəyişikliyi, COVID-lə mübarizə, enerji böhranı və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

Sammitin iştirakçıları arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Türkiyə lideri sammitin qlobal iqtisadiyyat və səhiyyə, eləcə də kiçik və orta biznesin inkişafına dəstək mövzusunda iki sessiyasında iştirak edəcək. Ərdoğan, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, Türkiyə prezidenti İtaliyanın baş naziri Mario Draqinin adından sammit iştirakçıları üçün təşkil olunacaq mədəni proqrama qatılacaq.

Şənbə günü gecə İtaliyaya səfər edən Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Lütfi Elvan, Prezident Administrasiyası Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

İtaliya tarixində ilk dəfə olaraq G20 sammitinə ev sahibliyi edir. Aparıcı dövlətlərin liderləri iki gün ərzində İkinci Dünya Müharibəsindən bəri ən ciddi böhranı - koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün səyləri birləşdirməyin yollarını müzakirə etməyi planlaşdırırlar.

Ən son çağırışlara uyğun olaraq, sammitin gündəliyinin üç əsas bölməsi - "İnsanlar", "Planet" və "Rifah" müəyyən edilib.

Forumda pandemiya ilə bağlı konkret yollar müzakirə olunacaq. İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və aşağı karbonlu iqtisadiyyata keçid məsələləri də müzakirə predmeti olacaq. Həmçinin qlobal iqtisadiyyatın bərpası, rəqəmsal transformasiya və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.

G20 ölkələrindən başqa digər dövlətlər də dəvət olunub ki, onlardan bəzilərini liderlər təmsil edəcək. ÜST, Dünya Bankı, BVF və Afrika İttifaqının rəhbərlərinin və nümayəndələrinin onlayn çıxışları gözlənilir.  

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO