Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb.
Bizim.Media xəbər verir ki, "Azərbaycanfilm" bu barədə məlumat verib.
Bu il oktyabrın 19-24-də Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.
“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
Filmin treylerini təqdim edirik:
Bizim.Media