ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər vəfat edib, daha bir nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb.
Bildirilir ki, hadisə tapançadan atəş açılan vaxt baş verib. Halbuki, silah boş patronlarla doldurulmalı imiş.
Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb. Helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Atəşi aktyor Alek Bolduinin açıb. Hələki aktyora qarşı ittiham irəli sürülməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.
Hazırda filmin çəkilişləri dayandırılıb.
Bizim.Media