Vətən müharibəsinin 20-ci günü nələr baş verdi? - XRONİKA/VİDEO

Vətən müharibəsinin 20-ci günü nələr baş verdi? - XRONİKA/VİDEO

Hazırda oxunan: Vətən müharibəsinin 20-ci günü nələr baş verdi? - XRONİKA/VİDEO

41800

44 günlük savaşın 20-ci günü humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Tərtər, Ağdam Və Goranboy rayonunun ərazilərini atəşə tutması ilə başlayıb.

Bizim.Media Vətən müharibəsinin 20-ci gününə (16 oktyabr) aid olan xronikasını təqdim edir.

Müdafiə Nazirliyinin məlumatı:

- İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

-  Ermənistan silahlı qüvvələrinin 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

-Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
 

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Günorta saatlarında da atəşkəs rejimi pozulur...

- Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri günorta saatlarında da Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmağa davam edir.

- Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərinin işğaldan azad edildiyi barədə paylaşım edib:
 

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni və  Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

Videogörüntüləri təqdim edirik:

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO