Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarlarının etiraz aksiyası davam edir.
Bizim.Media xəbər verir ki, aksiyada 100 mindən çox etirazçının iştirak etdiyi deyilir.
Mitinqdə çıxış edən şəxslər vurğulayıblar ki, etiraz aksiyası müxalifətin gücünün nümayişi kimi nəzərdə tutulub.
Onlar bu cür aksiyaların tam qələbə əldə edilənə qədər davam edəcəyini bildirirlər.
MÖVZU İLƏ BAĞLI:
Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi başladı – ÖZƏL VİDEO
Bir çox siyasi ekspertlər isə hesab edirlər ki, müxalifət hazırda Qərbə sübut etmək istəyir ki, M.Saakaşvilinin tərəfdarları çoxdur. Eyni zamanda Rusiyaya da mesaj verirlər ki, Bidzina İvanaşvilinin əli ilə idarə mexanizminə son qoyulacaq.
Hakimiyyət isə etirazçılar olan ərazinin yaxınlığında xeyli sayda polis və əsgər toplayıb.
Ehtimal olunan bütün qanuna zidd hərəkətlərin qarşısının alınacağı bildirilib.
Hazırda aksiyada heç bir insident baş verməyib. Etirazçılar bu gün mitinqlərini dinc formada başa vuracaqlarını vəd ediblər.
Bizim.Media