Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti yeni səfirə uğurlar arzulayıb, onun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına töhvə verəcəyinə inandığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Səfir Türkiyədə yaşayan həmyerlilərimizə SƏSLƏNDİ - FOTO
Qeyd edək ki, Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Türkiyədə səfiri təyin edilib.
Bizim.Media