Rusiyanın Sibir bölgəsində yeni doğulan uşaqları satan şəbəkə ifşa olunub.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Mash Telegram kanalında yer alıb.
Mənbə yazır ki, hadisə Krasnoyarsk şəhərində baş verib. “Didiliya” MMC pula ehtiyacı olan qadınları taparaq onları süni mayalanma üçün Kambocaya göndərib. Uşaq dünyaya gələndən sonra isə 13 min dollara çinli valideynlərə satılırmış.
Polis şəbəkənin cinayət əməllərini üzə çıxaran zaman 19 körpənin satılacağı gözlənilirmiş. İndi həmin analar axtarışa verilib.
Şirkətin direktoru, onun iki əlaltısı və Krasnoyarsk perinatal mərkəzinin baş həkiminin müavini saxlanılıb.
Bizim.Media