Putin: “Rusiya enerji qaynaqlarından silah kimi istifadə etmir” - VİDEO

Putin: “Rusiya enerji qaynaqlarından silah kimi istifadə etmir” - VİDEO

Hazırda oxunan: Putin: “Rusiya enerji qaynaqlarından silah kimi istifadə etmir” - VİDEO

41454

Rusiya qaz tədarükü ilə bağlı öhdəliklərini tam və fasiləsiz yerinə yetirir və 2021-ci ilin sonuna qədər dünya bazarına ixracatda rekord rəqəmlərə çata bilər. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.

“Elektrik enerjisinin çatışmazlığı Avropada qazın qiymətinin artması ilə nəticələndi. Bunun günahını başqalarının üzərinə yıxmaq düzgün deyil, hansı ki, ortaqlarımız belə yol seçiblər. Bəzən bu barədə deyilənləri dinləyirsən, sadəcə təəccüblənirsən. Bu heyranedicidir! Sanki rəqəmləri, reallıqları görmürlər. Sadəcə öz səhvlərini gizlədirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkədə neft hasilatı 7 faizdən çox artdı


Son on ildə Avropa enerjisində addım-addım sistem qüsurları ortaya çıxdı.  Genişmiqyaslı bazar böhranına səbəb olanlar da budur”, deyə Kremlin sahibi qeyd edib.

Putin moderatorun Rusiyanın enerji qaynaqlarından silah kimi istifadə edilib-edilməyəcəyi sualına belə cavab verib: 

"Rusiya heç bir silahdan istifadə etmir. İqtisadiyyata gəlincə, silahı harada istifadə edirik? Hansı münaqişələrdə iştirak edirik? İqtisadiyyatda ümumiyyətlə bu müzakirə mövzusu deyil. Rusiya mütəmadi olaraq müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirərək Avropaya qaz tədarük edir”.

Bizim.Media

 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO