“Gözümdə yaşla” Türkiyəni dolaşır - VİDEO

“Gözümdə yaşla” Türkiyəni dolaşır - VİDEO

Hazırda oxunan: “Gözümdə yaşla” Türkiyəni dolaşır - VİDEO

41439

Türkiyədə yaşayan azərbaycanlılar daha bir ilkə imza atıb.

Bizim.Media xəbər verir ki, qardaş ölkədə yaşayan bir qrup soydaşımıza məxsus olan “Gözümde yaşla” layihəsi Türkiyənin musiqi sektoruna uğurla daxil olub. 

Səhnə adı Lalusi olan Lalə Tağızadənin səsləndirdiyi mahnının bəstəsi Günel Nasirovaya, sözləri isə Asiman Abdusalamova məxsusdur.

Musiqi əsərinin aranjemanı Türkiyənin musiqi aləmində yetərincə tanınan Bahadır Tanrıvermişə, Mix-Masteringi isə Sezen Aksu, Sıla və Kenan Doğulu kimi məşhur sənətçilərlə çalışan Arzu Alsana aiddir.

“Gözümdə yaşla” mahnısı üçün kamera qarşısına keçən Lalusi onun klip versiyasını da tamaşaçılarına ərməğan edib.

Klipin rejissorluğunu isə daha bir həmyerlimiz Bəxtiyar Ələkbərov öz üzərinə götürüb.

Qeyd edək ki, Lalusinin "Gözümde yaşla" mahnısı artıq Türkiyənin bir neçə radiosunda səslənir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO