\

\"Netflix\"in ən çox izlənən serialı – 25 günə 111 milyon baxış - VİDEO 

Hazırda oxunan: \"Netflix\"in ən çox izlənən serialı – 25 günə 111 milyon baxış - VİDEO 

41411

"Netflix" indiyədək ən çox izlənən serialının adını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat şirkətin "Twitter" səhifəsində 
paylaşılıb. 

Bildirilib ki, son günlərdə çıxan Cənubi Koreyalı rejissor Hvan Don-hekanın "Kalamar oyunu" ("Squid game") serialı platforma tarixində ən çox izlənən serial olub. 

Serial premyerasından sonrakı 25 gün ərzində 111 milyon baxışı keçərək "Bridgerton" serialını qabaqlayıb. 

"Squid game" "Netflix" platformasının 90 ölkədəki reytinqində ilk pillədədir. 

Qeyd edək ki, "Kalamar oyunu"nda maddi çətinliklərlə üzləşən insanlar naməlum şəxsin dəvətini qəbul edərək həyatda qalma oyununa qatılırlar. Qəhrəmanlar 40 milyon dollar uduşu əldə etmək üçün 6 uşaq oyununu keçməlidirlər. Uduzan şəxslər öldürülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO