İranlı general Pakistana getdi – TEHRANIN mövqeyi dəyişir? - VİDEO

İranlı general Pakistana getdi – TEHRANIN mövqeyi dəyişir? - VİDEO

Hazırda oxunan: İranlı general Pakistana getdi – TEHRANIN mövqeyi dəyişir? - VİDEO

41385

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bağıri bildirib ki, ölkəsinin Pakistanla dərin və geniş əlaqələri var.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, o, bu sözləri Pakistana səfəri zamanı İslamabadın Nurxan hava bazasında "İRNA"ya açıqlamasında deyib.

Bağıri iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

O qeyd edib ki, Pakistanda keçirəcəyi rəsmi görüşlərdə əsasən iki ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, Əfqanıstandakı vəziyyət, İslam dünyası ilə bağlı məsələlər və digər bu kimi mövzular ətrafında fikir mübadiləsi aparacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO