Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Tbilisidə keçirilən "Eternity-2021" hərbi təlimi başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.
Bildirilib ki, oktyabrın 4-də başlayan hərbi təlimlərlə bağlı oktyabrın 8-də bağlanış mərasimi baş tutub.
Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, builki təlimdə hər üç ölkədən ümumilikdə 200-dən çox hərbçi iştirak edib.
Bu il ilk dəfə olaraq Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin sürətli reaksiya bölmələri də hərbi təlimlərdə iştirak ediblər.
Bizim.Media
Türkiye, Azerbaycan ve Gürcistan’ın katılımıyla; Tiflis/Gürcistan’da gerçekleştirilen Eternity 2021 Tatbikatı’nın Seçkin Gözlemci Günü ve kapanış töreni 8 Ekim 2021’de gerçekleştirildi. ?? ?? ?? pic.twitter.com/wumU4VhpXb
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 10, 2021