İbrahim Tatlısəsin oğlunun toyu oldu - VİDEO

İbrahim Tatlısəsin oğlunun toyu oldu - VİDEO

Hazırda oxunan: İbrahim Tatlısəsin oğlunun toyu oldu - VİDEO

40624

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsin toyu olub.

Bizim.Media xəbər verir ki, model-aktrisa Yasəmən Şefkatlı ilə evlənən İdonun toyu pandemiya səbəbindən təxirə salınmışdı.

Cütlük toylarını pandemiyaya görə öz aralarında lüks bir hoteldə ediblər.

Sosial şəbəkədə Yasəmənin ata evindən çıxarkən çəkilən görüntüsü yayılıb. Sadə gəlinliyə üstünlük verən gəlindən fərqli olaraq, İdo trençkot geyimi ilə diqqət çəkib.

Qeyd edək ki, İdo İbrahim Tatlısəsin Dərya Tuna ilə nikahından dünyaya gələn oğludur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO