Əfqanıstanda neçə azərbaycanlı ƏSİR qalıb? – Ehtimal olunan SİYAHI 

Əfqanıstanda neçə azərbaycanlı ƏSİR qalıb? – Ehtimal olunan SİYAHI 

Hazırda oxunan: Əfqanıstanda neçə azərbaycanlı ƏSİR qalıb? – Ehtimal olunan SİYAHI 

40064

Rəsmi məlumatlara görə, 10 il davam edən SSRİ-Əfqanıstan müharibəsində 10 minə yaxın azərbaycanlı da iştirak edib. Azərbaycanlı hərbçilərin 208-i savaşda həlak olub. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Lakin minlərlə Əfqanıstan müharibə veteranımız hələ də həyatdadır. 

Bizim.Media xəbər verir ki, Əfqanstanda Rusiya tərəfindən aparılan araşdırmalar nəticəsində 2011-ci ildə bəzi itkin və ya əsir düşmüş əsgərlər haqda məlumatlar üzə çıxmağa başlamışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstan "G7"nin müzakirəsində - Sülh, yoxsa savaş? - TARİX BƏLLİ OLDU


Taliban hakimiyyətə gəldikdən sonra Rusiya taliblərlə əməkdaşlıq şəklində daha dəqiq məlumatlar toplamaq üçün fəaliyyətə keçib. 

Sovet dövrünün informasiyasına görə, Azərbaycandan Əfqanstana aparılan əsgərlər arasında 6-sı itkin düşüb. Onların öldüsü-qaldısı haqda hələ də məlumat yoxdur.

Həmin 6 nəfərin adını diqqətinizə çatdırırıq:

Butayev Tofiq Gidaşi oğlu. 1980-ci ildə Bakının Sabunçu rayonundan hərbi xidmətə çağırılıb. Sıravi.

Qədirov Qədir Vəfadar oğlu. 1980-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb. Sıravi.

Heydərov Feyzulla Firudin oğlu. 1984-cü ildə Bərdə rayonundan hərbi xidmətə çağırılıb. Çavuş.

Hüseynov Əlihüseyn Ağahüseyn oğlu. 1980-ci ildə Dəvəçi rayonundan hərbi xidmətə çağırılıb. Çavuş.

Yevtuxanoviç Oleq Aleksandroviç. 1980-ci ildə hərbi xidmətə çağırılıb. Leytenant.

Şərəfov Elxan Əhməd oğlu. 1980-ci il Sumqayıtdan hərbi xidmətə çağırılıb. Sıravi.

Qeyd edək ki, yazıçı, jurnalist Şirməmməd Nəzərlinin “Ömrün qönçə çağında” kitabı 1979-1989-cu illər Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklərdən və bu müharibəyə həsr edilmiş araşdırma materialından ibarətdir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO