3 tələbə qızı öldürən qatilin tutulma anı – ANBAAN VİDEO

3 tələbə qızı öldürən qatilin tutulma anı – ANBAAN VİDEO

Hazırda oxunan: 3 tələbə qızı öldürən qatilin tutulma anı – ANBAAN VİDEO

0:00
0:00
39997

Rusya Daxili İşlər Nazirliyi Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən Aleksandr Lazarevin avtomobilnin təqib edilməsinin görüntüləri internetdə yerləşdirılib. 

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, video polis maşınının video reqistratoru vasitəsi ilə lentə alınıb.

Daha əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə "MK"ya əməliyyatın təfərrüatlarını açıqlayıb.

Şübhəlini saxlamaq üçün polis onun avtomobilinin təkərlərinə atəş açıb. Nəticədə avtomobil kənd yolunda saxlanılıb.

Məşhur qətl hadisəsi ötən cümə axşamı Qay şəhərində baş verib. Mənzillərdən birində və evin yaxınlığında bıçaq yaraları ilə yerli tibb kollecinin üç tələbə qızının cəsədi tapılıb. Cinayətin motivi hazırda müstəntiqlər tərəfindən müəyyən edilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO