Sülhməramlılar Qarabağda erməni uşaqlarına “DAYƏLİK” edir - VİDEO

Sülhməramlılar Qarabağda erməni uşaqlarına “DAYƏLİK” edir - VİDEO

Hazırda oxunan: Sülhməramlılar Qarabağda erməni uşaqlarına “DAYƏLİK” edir - VİDEO

39633

Rusiya sülhməramlıları yenə Xankəndində xeyriyəçiliklə məşğul olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı


Sülhmərmlılar bu dəfə Azərbaycan ərazisində yerləşən 18 şagirdin təhsil aldığı bir internat məktəbinin karusel, idman və uşaq meydançası quraşdırıblar.

Sputnik Armenia qeyd edir ki, rus sülhməramlıları daima Qarabağda yerləşən uşaqların təhsilinə və yardımına böyük diqqət yetirirlər. Onlar üçün sülh dərsləri keçirilir, viktorinalar təşkil edilir, içməli su anbarları təhsil müəssisələrinə çatdırılır, xeyriyyə fondları dərsliklər və dəftərxana ləvazimatları ilə təmin olunurlar.

Xatırladaq ki, rus sülhməramlıların vəzifə borcu olmayan işlərlə məşğul olmaqla bir neçə dəfə mətbuatın gündəminə gəlib.

Onlar gah ermənilər üçün su daşımaqla, gah Azərbaycanın ərazisində emənilərə ev tikməklə, gah da uşaqları əyləndirməklə xəbər menşetlərində boy göstəriblər. 

Qeyd edək ki, sülhməramlıların əsas vəzifəsi tərəflər arasında mövcud razılaşmanın öhdəliklərini icra etməkdir. 


Sülhməramlı missiya nədir?

BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Ən əsası isə sülhməramlılar qərəzsiz və neytral olmalıdır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO