İranlı general Azərbaycana qarşı HÖRMƏTSİZLİK göstərdi - VİDEO

İranlı general Azərbaycana qarşı HÖRMƏTSİZLİK göstərdi - VİDEO

Hazırda oxunan: İranlı general Azərbaycana qarşı HÖRMƏTSİZLİK göstərdi - VİDEO

39306

İsrailin Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Azərbaycanla əməkdaşlığı dərinləşdirilməsi “2500 il dövlətçilik ənənəsi” ilə öyünən İranın tərbiyəsiz uşaq davranışlarını ortaya qoymağa məcbur edib. 

Bir tərəfdən də Azərbaycanın son bir ildə əldə etdiyi uğurlar, güclü dövlət və lider ölkə imici qonşumuz olan dövləti yaman təbdən çıxarıb.

Ard-arda gah mollaların, gah da siyasiləşmiş generalların dili ilə Azərbaycanın ünvanına böhtanlar atmaqla qara qışqırıq salıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - FOTOFAKT


Ötən gün təmkinini saxlaya bilməyən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Əli Sərdar Fədavi Azərbaycan Prezidentinin İran ordusunun təlimləri ilə bağlı açıqlamasına özünə görə guya çox “yumşaq” formada reaksiya verib.

Bizim.Media xəbər verir ki, İranın “Rokna” nəşrinə verdiyi müsahibədə kontr-admiral Fədavi Azərbaycanın reaksiyasını bir uşağın davranışı ilə müqayisə edib.

"Kiçik bir uşaq səni təhqir edib söyəndə, sadəcə uşağın başına sığal çəkirsən" deyə Fədavi qeyd edib.

Müxbirin təkrar sualla diqqəti son açıqlamaların üstünə gətirmək cəhdinə isə Fədavi “siz jurnalistlər bu cür məsələyə ilişib qalmayın, bu cür bəyanatlara fikir vermək lazım deyil. Bizim üçün bu məsələlər müqayisəyə gəlməyən şeylərdir”, deyə fikir bildirib.

Son günlər İran mətbuatında dövlət rəsmilərinin və mollabaşılarının belə sərsəm açıqlamaları isə Azərbaycan üçün də əhəmiyyət kəsb etməyən, dövlətçilik prinsiplərimizlə “müqayisəyə gəlməyən şeylərdir”. 

Əvvəla İran unudub ki, Azərbaycan artıq onun tanımaq istəmədiyi “uşaq” deyil. Müstəqilliyinin 30 illiyini qeyd etməyə çalışan yetkin bir gənc və arxasında min illərin dövlətçilik ənənəsi olan bir ölkədir. 
 

Amma İran unutmamalıdır ki, dövlətimizin yürütdüyü müstəqil və cəsarətli regional və beynəlxalq siyasət hətta onun özünü bugünə qədər bir çox Qərb hücumlarını neytrallaşdırıb, Rusiya və Türkiyə ilə regional əməkdaşlığın dərinləşməsinə səbəb olub. 


İran bir az dünyaya açılmalıdır, ətrafında baş verənlərə ayıq gözlə və dözümlü şəkildə baxmağı bacarmalıdır. Yoxsa ki, arxasında min illik tarixi olan, sonuncu müstəqilliyini 1991-ci ildə əzm və fədakarlıqla əldə etmiş “uşağın” da böyüyüb 30 yaşına çatdığından bixəbər olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO