İtaliya çempionatının VII divizionunda "Olyeco-Kastello" - "Karpinyano" oyunu zamanı böyük rezonansa səbəb olan epizod yaşanıb.
Bizim.Media xəbər verir ki, qonaq komandanın baş məşqçisi Covanni Alozi emosiyalarına hakim ola bilməyərək, görüşün referisi Andrea Felisin sifətinə zərbə endirib.
Bu, baş hakimin Aloziyə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə göstərməsindən sonra baş verib.
Baş məşqçi texniki zonanı tərk etmək əvəzinə referiyə kobud formada iradlarını bildirib. Ədalət təmsilçisi onun sözlərindən sarsılmasa da, zərbəsindən təsirlənib.
Nəticədə baş hakim görüşü davam etdirməməyi qərara alıb və final fitini səsləndirib.
Hadisədən sonra Alozi üzr istəyərək, tutduğu vəzifədən istefa verib. Onu sanksiya və uzunmüddətli diskvalifikasiya gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
23:10 / 27.09.2021
Hakimi vurub İSTEFA ETDİ - ÇEMPİONATDA QALMAQAL - VİDEO
Hazırda oxunan: Hakimi vurub İSTEFA ETDİ - ÇEMPİONATDA QALMAQAL - VİDEO
Hazırda oxunan: Hakimi vurub İSTEFA ETDİ - ÇEMPİONATDA QALMAQAL - VİDEO
39043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.