Xarici İşlər Nazirliyində Anım Günü qeyd edildi - FOTO/VİDEO

Xarici İşlər Nazirliyində Anım Günü qeyd edildi - FOTO/VİDEO

Hazırda oxunan: Xarici İşlər Nazirliyində Anım Günü qeyd edildi - FOTO/VİDEO

38992

27 Sentyabr 2021-ci il tarixində, Xarici İşlər Nazirliyində (XİN) 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın xatirəsi yad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN-in rəhbər heyəti, o cümlədən nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, struktur-bölmə rəhbərləri habelə vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Anım tədbiri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanatının səsləndirilməsi ilə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN-dən Anım Günü ilə bağlı BƏYANAT


Daha sonra çıxış edən nazir müavini Xələf Xələfov Ermənistan Respublikasının təcavüzkar siyasəti, Ermənistanın işğalçılıq siyasəti çərçivəsində davam edən hərbi təxribatları, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbəyə aparan yol, dövlət başçısının hərbi, diplomatiya və informasiya sahələrində parlaq qələbəsi, hərb meydanında qazanılmış zəfərin beynəlxalq münasibətlərin reallığına çevrilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsi barədə danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, polkovnik Elşad Əbilov İkinci Qarabağ Müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı fikirlərini, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bağlı məlumatı tədbir iştirakçıları ilə bölüşüb.

Nazir müavini Xələf Xələfov Vətən Müharibəsi iştirakçısı polkovnik Elşad Əbilovun Qələbə rəmzi olan Xarı Bülbül keramik heykəlini təqdim edib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO