Bu ölkə ən hündür binasında Azərbaycan bayrağı dalğalandırdı - VİDEO

Bu ölkə ən hündür binasında Azərbaycan bayrağı dalğalandırdı - VİDEO

Hazırda oxunan: Bu ölkə ən hündür binasında Azərbaycan bayrağı dalğalandırdı - VİDEO

38990

İndoneziyanın paytaxtı Cakarta şəhərinin ən hündür binası olan "Gama Tower"in üzərində Azərbaycan bayrağının rəngləri nümayiş olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "Twitter" səhifəsində paylaşılan məlumatda qeyd olunub.

Paylaşımda bildirilir:

"Vətən Müharibəsində həlak olan şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla Azərbaycan bayrağının Anım Günü nümayişi...".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO