II Fəxri və Şəhidlər xiyabanından kövrək anlar - VİDEO

II Fəxri və Şəhidlər xiyabanından kövrək anlar - VİDEO

Hazırda oxunan: II Fəxri və Şəhidlər xiyabanından kövrək anlar - VİDEO

38945

Bu gün Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, ən qürurlu və duyğulu anlar II Fəxri və Şəhidlər xiyabanında yaşanıb. 

Xiyabanda ən təsirli anları kameramızın yaddaşına köçürən əməkdaşlarımız bir neçə həm qürurverici, həm də kədərli anlara şahid olub.

Şəhidlərin xatirələrini yad etmək üçün, onların qarşısında minnətdarlıq borclarını yerinə yetirmək üçün xiyabana yüzlərlə Azərbaycan vətəndaşları toplanıb. Onların üzündə həm şəhidlərə görə kədər, həm də torpaqlarımızın erməni vandallarından azad edilməsinə görə qürur hissi vardı.

Ən təsiredici məqam isə xiyabanda yanyana dalğalanan Türk və Azərbaycan bayraqları olub. Bu iki xalq üçün çox qürurverici anlarla müşayiət olunub. 

Balaca qızcığazın Qubadlıda minaya düşərək şəhid olan polkovnik Şükür Həmidovun şərəfinə dediyi şeir isə ətrafdakılara kövrək anlar yaşadıb.

Əməkdaşlarımızın lentə aldığı görüntüləri təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO