Rusiya Prezidenti Vladimir Putin tayqada dincələrkən, marallardan təsirlənib və Olimpiya Oyunlarında yarışsalar, heç bir rəqiblərinin olmayacağını deyib.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, sentyabrın ilk yarısında Vladimir Putin bir neçə gün Sibir tayqasında müdafiə naziri Sergey Şoyqu ilə birgə istirahət edib.
MÖVZU İLƏ BAĞLI:
Putin lotoreyada “Zapı” udub – Rusiya lideri haqda MARAQLI FAKTLAR
"Böyük marallar sadədir. Belələrini görmədim ... Az qala bizi yıxacaqdılar. Böyük sürətlə gəlirdilər. Özü də böyük idilər" deyən Putin əlavə edib: "Gərək Olimpiya Oyunlarında yarışsınlar. Heç kim onlara bərabər ola bilməzdi”.
Bizim.Media