Nəhayət ki, bir neçə ildir ki, xəbərləri dolaşan “uçan taksi”nin təqdimatı keçirilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təqdimat Fransanın Tuluza şəhərində keçirilən aviasammitdə baş tutub.
Sammitdə Fransanın “Airbus” şirkəti istehsal etdiyi taksiləri nümayiş etdirib.
Qanadları olan helikopterə bənzəyən modelə "nəhəng dron" ləqəbi verilib, lakin model rəsmi olaraq “CityAirbus NextGen” adlandırılır.
Taksi dörd sərnişini qəbul edə bilər. Onun maksimal sürəti 120 km/saatdır. Ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab edilir. "Uçan taksi" elektrik mühərriki ilə təchiz edilməyib.
"Həyətinizə enməyəcək, infrastruktura ehtiyac var. Bu infrastrukturu mövcud nəqliyyat qovşaqları ilə əlaqələndirməyi planlaşdırırıq. İdeal olaraq, bu infrastruktur məsələn, bir metro stansiyasına və ya bir dayanacağa bağlana bilər"- deyə təqdimatda “Airbus” rəsmisi Markus May bildirib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Multimedia
17:48 / 24.09.2021
Airbus uçan taksisinin təqdimatını keçirtdi - VİDEO
Hazırda oxunan: Airbus uçan taksisinin təqdimatını keçirtdi - VİDEO
Hazırda oxunan: Airbus uçan taksisinin təqdimatını keçirtdi - VİDEO
38553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.