\

\"ASAN xidmət\" Haluk Bayraktarın şirkəti ilə müqavilə imzaladı – VİDEO 

Hazırda oxunan: \"ASAN xidmət\" Haluk Bayraktarın şirkəti ilə müqavilə imzaladı – VİDEO 

38170

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində IV “Texnofest” Festivalında iştirak edir. 

Bizim.Media xəbər verir ki, Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar tərəfindən iki sənəd imzalanıb.  

İlk olaraq innovasiya və texnologiya sahəsi üzrə “Bilim Bakı” mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb.

Sözügedən Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək.  

İkinci sənəd Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində Memorandumdur.

Memoranduma əsasən Azərbaycanda innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisənin və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO