Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində IV “Texnofest” Festivalında iştirak edir.
Bizim.Media xəbər verir ki, Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar tərəfindən iki sənəd imzalanıb.
İlk olaraq innovasiya və texnologiya sahəsi üzrə “Bilim Bakı” mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb.
Sözügedən Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək.
İkinci sənəd Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində Memorandumdur.
Memoranduma əsasən Azərbaycanda innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisənin və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub.
Bizim.Media
"Teknofest - 2021" çərçivəsində "ASAN Xidmət"lə "Baykar Makina" şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb pic.twitter.com/jIdWAJWIK7
— Ictimai TV (@TvIctimai) September 22, 2021