BMT-nin iclasına gələn diplomat koronavirusa yoluxdu - VİDEO

BMT-nin iclasına gələn diplomat koronavirusa yoluxdu - VİDEO

Hazırda oxunan: BMT-nin iclasına gələn diplomat koronavirusa yoluxdu - VİDEO

38078

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaronun nümayəndə heyətində olan diplomatlardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Braziliya missiyası diplomatın prezidentlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-nin baş katibi Türkiyəyə təşəkkür etdi


Braziliya nümayəndə heyətinin ötən gün vaksin pasportunun zəruri olduğu Nyu-York şəhərindəki restoranlara alınmadığı iddia olunur.

Brazilyanın xarici işlər naziri Qilson Maçado tviter hesabında prezidentin nümayəndə heyəti ilə bərabər restorandan kənarda pizza yediyinin əks olunduğu foto paylaşılıb.

Ölkə başçısı J.Bolsonaronun da peyvənd olunmadığı bildirilir.

BMT-nin sözçüsü Stefan Djuarrik məsələ ilə bağlı Braziliya missiyası ilə əlaqə saxlanıldığını deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO