Ukraynada Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olundu - VİDEO 

Ukraynada Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olundu - VİDEO 

Hazırda oxunan: Ukraynada Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olundu - VİDEO 

37983

Ukraynanın Mirqorod Şəhər Günü və şəhərin alman faşistlərindən azad olunmasının 78-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olunub. 

Bizim.Media xəbər verir ki, şəhərin mərkəzində Ukraynada yaşayan etnik xalqların iştirakı ilə keçirilən milli mədəniyyət festivalının açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Mirqorod şəhərinin meri Sergey Solomaxa, səfirliyimizin müşaviri Sabir Rzayev, Azərbaycanın və digər ölkələrin diaspor fəalları, şəhər sakinləri iştirak ediblər. 
 

Mirqorodun azərbaycanlılar üçün sevimli şəhər olduğunu deyən səfir Elmira Axundova isə qeyd edib ki, bu şəhərdə güclü Azərbaycan diasporu da fəaliyyət göstərir. Hər il müalicə məqsədilə Mirqorod şəhərinə azərbaycanlılar təşrif buyurur. 


Sonra beynəlxalq festivalda tədbirin təşkilatçıları Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova Azərbaycanın musiqi kompozisiyası ilə çıxış ediblər.  

Daha sonra mer Sergey Solomaxa, səfir Elmira Axundova nümayəndə heyəti ilə birgə Azərbaycanın milli mətbəxi və musiqisini tərənnüm edən stendə baxış keçiriblər.

“Azərbaycan” stendində plov, dolma, qutab və paxlava şəhər sakinlərinin və qonaqlarının marağına səbəb olub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO