“Dağlıq Qarabağın muxtariyyəti Azərbaycanın içinə qoyulan bomba idi...” - Heydər Əliyev - VİDEO

“Dağlıq Qarabağın muxtariyyəti Azərbaycanın içinə qoyulan bomba idi...” - Heydər Əliyev - VİDEO

Hazırda oxunan: “Dağlıq Qarabağın muxtariyyəti Azərbaycanın içinə qoyulan bomba idi...” - Heydər Əliyev - VİDEO

37660

Heydər Əliyev Dağlıq Qarabağ probleminin tarixinə ilk dəfə ətraflı şəkildə 1999-cu il fevralın 9-da Prezident Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə hazırlıq üzrə komissiyanın üzvləri ilə görüşündə toxunub.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağa muxtar status verilməsi kəskin mübarizə şəraitində keçib:
 

“1988-ci ildə ermənilər Dağlıq Qarabağa iddia etməyə başladıqda, onlar Stalin və Orconikidzeni ittiham etməyə başladılar. Guya onlar azərbaycanlıların təzyiqi altında Dağlıq Qarabağı Azərbaycana tərkibində saxlayıblar, amma biz Dağlıq Qarabağa muxtariyyət verilməsinin Azərbaycana qarşı yönəlmiş bir qərar olduğunu hesab edirik.


Tarixi bilənlər və tarixi sənədlərlə tanış olanlar bilirlər ki, o vaxt Nərimanov və başqaları buna qarşı necə mübarizə aparıblar.

Onların nail olduqları yeganə şey Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət olub.

Tarixçilərə o da məlumdur ki, Moskvada, Tiflisdə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırılanda Nəriman Nərimanov ciddi bəyanatla çıxış edərək bildirib ki, belə olan təqdirdə biz Rusiyaya neft tədarükünü dayandıracağıq. Məhz bu kəskin mübarizə nəticəsində belə bir qərar verilib”.

Ulu öndər Heydər Əliyev 10 noyabr 1999-cu ildə Azərbaycan yazıçılarının bir qrupu ilə Prezident sarayında görüşdə söhbət zamanı yenidən özünü Dağlıq Qarabağ məsələsinin tarixi üzrə mükəmməl bilici kimi nümayiş etdirib:
 

“Mən 14 il Azərbaycana başçılıq eləmişəm. Dağlıq Qarabağ muxtariyyətinin 1923-cü ildə yaranmasının tarixini çox yaxşı bilirəm. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin.


Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. Qalmalı idi, amma muxtariyyət yox! 1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi…”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO