Şuşa şəhərində Milli Musiqi günü keçirilib.
Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.
Xalq artisti Mənsur İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizdən nümunələr təqdim ediblər.
Konsert proqramına "Qarabağ şikəstəsi" ilə yekun vurulub.
Bizim.Media
It’s the immense happiness & great honor, that this year for the first time the #NationalMusicDay is celebrated in liberated #Shusha, cultural capital of #Azerbaijan.#KarabakhisAzerbaijan ??#ShushaisAzerbaijan #18September2021#LongLiveAzerbaijan pic.twitter.com/ooi7FtC43l
— Azerbaijan at UNESCO (@AzDelUnesco) September 18, 2021