ABŞ prezidenti Co Bayden yüksək vəzifəli şəxsin adını yenidən unudub.
Bizim.Media xəbər verir ki, hadisə Britaniyanın Baş naziri Boris Consonun da iştirak etdiyi AUUKUS ittifaqının (ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi sahədə ortaqlığı) yaradılmasının rəsmi elan edilməsinə həsr olunmuş tədbirdə baş verib. yazır Avstraliya qəzeti.
MÖVZU İLƏ BAĞLI:
Bayden haqqında 10 dəhşətli FAKT
“The Australian” qəzeti qeyd edir ki, Amerika lideri Avstraliyanın baş naziri Skott Morrisonun adını unudub.
"Təşəkkür edirəm, Boris. Və buradakı oğlana təşəkkür etmək istəyirəm. Çox sağol dostum. Baş nazir, bunu yüksək qiymətləndirirəm”. Bayden o anda Morrisonun şəkli olan ekrana işarə vurub.
Eyni zamanda Britaniyanın Baş naziri cavabında Ağ Evin rəhbərinə təşəkkür edib.
Görüşdə Amerika Birləşmiş Ştatları, Britaniyavə Avstraliya liderlərinin Hind-Sakit okean bölgəsinə yönəlmiş yeni müdafiə və təhlükəsizlik ortaqlığı qurmaq barədə razılığa gəliblər.
Bayden daha əvvəl Pentaqon rəhbəri Lloyd Austinin adını unudaraq onu "oradakı bölməni idarə edən adam" adlandırıb.
Bizim.Media