Müğənni Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi gənclikdə yaşadığı ağır travmadan bəhs edib.
Sənətçi ölümdən döndüyünü deyib:
"Mənim hər iki əmim rayonda yaşayır. 25 yaşım olardı ki, əmilərimdən biri ticarətlə məşğul olmaq istəyirdi.
Bilirsiniz ki, həmin vaxtlar insanların çoxu ticarətlə məşğul olan zaman maddi ziyana uğrayırdılar. O, mənə təklif etdi ki, Qazaxda ortaq iş quraq. Kisələrlə şəkər tozunu ucuz qiymətə alıb baha qiymətə satmalı idik. Dostdan, tanışdan borc pul tapdım aldım. 4000 dollar düzəltdim.
Bakıdan aldığımız yükləri fəhlələr maşına doldurdu. İki avtomobillə biz rayona qayıdırdıq. Mən əmimin avtomobilində qabaqda oturmuşdum.
Əmimlə bir oğlan gəlmişdi, o da bizim maşında arxada oturmuşdu. Yük maşının sürücüsü yolda maşını saxlatıb dedi ki "Ürəyim sıxılır, gəlin biriniz oturun yanımda". Mən gedib onun yanında oturandan sonra əmimin avtomobilindəki oğlan öldü. Bu mənə ağır psixoloji sarsıntı yaratdı. Əsirdim məni tuta bilmirdilər".
Bizim.Media
- A-
- A
- A+
Multimedia
00:00 / 16.09.2021
Vasif Məhərrəmli iş qurmaq istədi, sonu ölümlə nəticələndi - VİDEO
Hazırda oxunan: Vasif Məhərrəmli iş qurmaq istədi, sonu ölümlə nəticələndi - VİDEO
Hazırda oxunan: Vasif Məhərrəmli iş qurmaq istədi, sonu ölümlə nəticələndi - VİDEO
37139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.