Almaniyada çalışan azərbaycanlı həkim: “Onlar çox tez münasibət qura bilmirlər” - MÜSAHİBƏ - VİDEO

Almaniyada çalışan azərbaycanlı həkim: “Onlar çox tez münasibət qura bilmirlər” - MÜSAHİBƏ - VİDEO

Hazırda oxunan: Almaniyada çalışan azərbaycanlı həkim: “Onlar çox tez münasibət qura bilmirlər” - MÜSAHİBƏ - VİDEO

36902

Hikmət İsmayılov, indi biz ona alman həkim kimi də müraciət edə bilərik. Həyatının 10 ilə yaxınını xaricdə tibb elminin sirlərini öyrənməyə sərf edən həkim indi peşəkar fəaliyyətlə məşğuldur.

Bizim.Media-nın qonağı olan Hikmət uzun illərdir Almaniyada urolloq-onkoloq kimi fəaliyyət göstərir. 

-Almaniyada fəaliyyətiniz necə başladı? Onlar tibb elmində deyərdim ki, ən inkişaf etmiş, innovativ texnologiyalara sahib olan bir ölkədir.

 -Çox çətin oldu. Vətəndən bu qədər uzaq olanda, insan hər bir dəqiqəsini dəyərləndirmək istəyir. Hər bir çalışdığım xəstəxanada müxtəlif təcrübələrə yiyilənmək istəyirdim. Məsələn ikinici xəstəxanada mən laparoskopik əməliyyatlara və kimyaterapiya müalicəsini öyrəndim. Hazırda çalışdığım xəstəxanada robot “Da -Vinçi” sistemini tətbiq edirik. Almaniyada çalışmaq çox çətindir. Çünki orada hər bir xəstəni qəbul edəndə müəyyən kataloqlara riayət etmək lazımdır. Təsəvvür edin, hətta xəstənin həkimi nə qədər gözləməsi belə orada qeyd edilir. Bu qaydalara əməl edildikdən sonra xəstəxanaya Prostat xərçəngi mərkəzi adı verilir. Hazırda mən bu xəstəxananın iki koordinatorundan biriyəm.

- Xəstəxanada tibb elmində hansı yeniliklər tətbiq olunur?

- Burada biz “hi-tech” yəni, robot cərrahiyyəsi ilə əməliyyatlar aparırıq. Hər avadanlığın 1-2 milyon avro dəyəri var. Bu Almaniyada hər xəstəxanada yoxdur. Bu da müalicə alan xəstələrin daha təhlükəsiz əməliyyat keçirməsinə səbəb olur. Misal olaraq böyrək xərçəngi olan xəstəni həkim əməliyyat etmək istəyəndə ona çatmaq üçün bir neçə kəsik edir və bu da digər orqanları zədələyir. Burada isə bütün əməliyyat robot sistemi ilə həyata keçirilir. Əməliyyatlar 360 dərəcə əyilən alətlərlə həyata keçirilir. Bu zaman biz xəstəni uzaqdan kompyuter vasitəsilə əməliyyat edirik.

- Xərçəng xəstəliyinin qarşısını necə almaq olar ki, ölümcül nəticələrlə müşahidə olunmasın? İnsanlar bundan necə qoruna bilər?

- Bu xəstəlik birinci növbədə vaxtında müəyyən edilməlidir. Birinci və ikinci mərhələdə müəyyən edilən xərçəng tam müalicə oluna bilər. Bunun üçün insanlar bir az məsuliyyətli olmalıdır, vaxtı-vaxtında həkim müayinəsindən keçməlidir.

- Ümumiyyətlə, Almaniyada azərbaycanlılar münasibət necədir? Hər zaman avropa insanının soyuq olmaları barədə deyilir.

- Mən deməzdim, onlar bizə çox özəl münasibət bəsləyirlər. Sadəcə, almanlar çox tez münasibət qura bilmirlər. Bunun üçün zaman keçməlidir. Alman insanı çox işgüzardır və hamı çox məşğuldur. Məsələn biz daha çox ailəcanlıyıq, onlarda bu bir az zəifdi. Karyeralarına daha önəm verirlər. 

- Maraqlıdır, alman dostlarınıza üçün Azərbaycan mətbəxini təqdim etmisiz heç? Necə qarşılayırlar bizim yeməklərimizi?

- Hər dəfə mən Azərbaycan şirniyyatlarına onlara daddırıram. Bunu çox maraqla qarşılayırlar.

- Ən çox hansı yeməyimizi bəyənirlər?

- Onlara bizim plovumuzu çox bəyənirlər. Onlara maraqlı olur ki, bu qədər ərzaq soğan, turşu, ət, şabalıd necə bir təamda birləşə bilir. Onlar bizdə tez-tez qonaq olurlar və yoldaşımın hazırladığı plovu çox ləzzətlə dadırlar. Almaniya dünyada avtomobil, industriya ölkəsidir. Ancaq yemək ölkəsi deyil, onların ağız dadı tamam başqadır.

- Bəs özünüz Azərbaycanın hansı təamları üçün darıxırsınız?

-Ən çox tərəvəzlərimiz üçün darıxıram. Çünki pomidor və xiyarlarda olan ətir orada yoxdur.

- Fəaliyyətnizi nə zamansa Azərbaycanda davam etdirmək istəyirsiz, bu haqda düşünürsüz heç? Çünki artıq uzun illərdir orada yaşayırsız bir növ o həyat tərzinə öyrəşmisiz?

- Azərbaycan üçün çox darıxıram. Əlbəttə ki, bu haqda düşünürəm. Bunu nə zamansa həyata keçirmək fikrim var.  

- Azərbaycan səhiyyəsi ilə Almaniya nə ilə fərqlənir?

- Bizim də çox gözəl həkimlərimiz var. Mən düşünmürəm ki, bizim səhiyyəmiz inkişaf etmir. Birinci məsələ Qarabağ münaqişəsini həll etdik, bundan sonra da inanıram ki, inkişaflarımız davam edəcək və bütün sahələrdə olduğu kimi burada müəyyən nailiyyətlər əldə edəcəyik. Mən istəyirəm ki, bizim elə səhiyyəmiz olsun ki, müalicə üçün bütün dünyadan Azərbaycana gəlsinlər. Bu mənim ən böyük arzumdur.


XATIRLATMA: Hikmət İsmayılov 1988-ci ildə Bakıda anadan olub. 2005-2011-ci ildə Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olan H. İsmayılov burada mülaicə işi fakultəsində tibb biliklərinə yiyələnib. Daha sonra o, 2012-2014cü illərdə “Xaricdə Təhsil Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin təqaüdçüsü olaraq Almaniyanın Haydelberq Universitet Klinikasının Urologiya və Uşaq Urologiyası şöbəsində çalışıb. 2014-2017ci illərdə Eberbax şəhər xəstəxanasının Urologiya və Uşaq Urologiyası şöbəsində işləyib. O, 2017-2020-ci illərdə Ostfildern şəhərində Urologiya və Uşaq Urologiyası şöbəsində,2020 -ci ildə Urologiya və Uşaq Urologiyası mütəxəssisi (Facharzt/Uzman) ünvanını alıb və həmin tarixdən etibarən Mönxenqladbax şəhər xəstəxanasında çalışır. 2021-ci ildən xəstəxananın Prostat xərçəngi mərkəzinin ko-koordinatorudur. O, Avropa Uroloqlar Assosasiyasının üzvüdür. Bir çox təcrübə proqarmının, hands on təlimlərin iştirakçısıdır.

Vüsalə Balayeva, Bizim.Media







 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO