İngiltərə tennisçisi ilk dəfə “US Open” turnirinin qalibi oldu - VİDEO

İngiltərə tennisçisi ilk dəfə “US Open” turnirinin qalibi oldu - VİDEO

Hazırda oxunan: İngiltərə tennisçisi ilk dəfə “US Open” turnirinin qalibi oldu - VİDEO

36562

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, ümumi mükafat fondu 57,7 milyon dollar olan turnirin həlledici görüşündə İngiltərə tennisçisi Emma Radukanu və kanadalı Leylan Anni Fernandes üz-üzə gəlib. 

Görüş britaniyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:3.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın 1 nömrəli tennisçisi Tokioda medalsız qaldı


On səkkiz yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi adını qazanıb.

Bu titulun son qalibi yaponiyalı tennisçi Naomi Osaka olub.

Qeyd edək ki, “US Open” turnirinin kişilər arasında həlledici görüşündə Novak Cokoviç (Serbiya) və Danil Medvedev qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO