Koronavirus Brilyant Dadaşovanı görün nə günə qoydu - VİDEO

Koronavirus Brilyant Dadaşovanı görün nə günə qoydu - VİDEO

Hazırda oxunan: Koronavirus Brilyant Dadaşovanı görün nə günə qoydu - VİDEO

35943

Xalq artisti Brilliant Dadaşova koronavirusa yoluxduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, ifaçı bu barədə İnstagram səhifəsində canlı yayım vasitəsilə bildirib.

O, həkimlərin heç bir dediyi müalicə kursuna əhəmiyyət vermədiyini, özünü yalnız öz bildiyi kimi müalicə edib. 

“25 gündür korona yoluxmuşdum. Şükür indi yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Mənə resept yazdılar, heç nə etmədim. Üç vərəq dərman yazan həkimləri evdən qovun”.

Xalq artisti virusa yoluxanları təşvişə düşməməyə çağırıb. O, bu xəstəlikdən yaxa qurtarmaq üçün yalnız vitamin qəbul etdiyini və  zoğallı çay içdiyini deyib.

“Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO