Rusiya sülhməramlı kontingentinin əsgərləri Qarabağda demarkasiya xətti yaxınlığındakı Amaras monastır kompleksini ziyarət edən 60-dan çox zəvvarın təhlükəsizliyini təmin ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Rus sülhməramlıları Apostol Erməni Kilsəsinin monastırında (?) təşkil edilən xidmətdə iştirak edən zəvvarları Xankəndindən Xocavənd bölgəsinədək müşayiət edib.
MÖVZU İLƏ BAĞLI:
Serj Sarkisyan Azərbaycan ərazisinə gəldi - FOTO
"Təhlükəsizlik ilə bağlı hər şey qaydasındadır. Xidmətlər sülh şəraitində aparılır. Demək olar ki, burada yaşayıram, zəvvarlar fərqli yerlərdən gəlir. Rusiya bayraqlarını görəndə özümüzü azad hiss edirik", - Amaras monastırının dyakonu Vilen Qriqoryan bildirib.
Bizim.Media