Kanadanın Baş naziri Castin Tryudo seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı insanlar tərəfindən daşa basılıb.
Bizim.Media Kanadanın CBC telekanalına istinadən xəbər verir ki, hadisə seçki mitinqindən sonra, C.Tryudo avtobusa minmək istəyərkən baş verib.
Baş nazirin əleyhdarları onu əhatəyə alaraq siyasətçiyə daş atıblar.
İnsident nəticəsində C.Tryudonun xəsarət almadığı bildirilir.
“GlobalNews”ün məlumatına əsasən, daş atan insanlar koronavirus peyvəndinə etiraz edən şəxslər olub.
Qeyd edək ki, Kanadada sentyabrın 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bizim.Media
?Kanada Başbakanı Justin Trudeau'yu bu kez taşladılar!
— F5Haber ?? (@f5haber) September 7, 2021
Gittiği her yerde protesto ediliyor. pic.twitter.com/jaescO6KGz