26 il əvvəl Nigeriyadan Gürcüstana gələn Arinze Riçard Oqbunucu artıq bütün ölkədə məşhurlaşmağı bacarıb.
Bizim.Media xəbər verir ki, Gürcüstanın “sova.news” saytı 49 yaşlı Tiflis sakini ilə maraqlı reportaj hazırlayıb.
Belə ki, Riçard Tiflis meri seçilmək üçün namizədliyini irəli sürüb.
O, müsahibəsi zamanı ailəsinin və dostlarının Gürcüstanda yaşadığını, eyni zamanda özünü Tiflisli hesab etdiyini qeyd edib.
“Tiflisin əsas problemi olan işsizliyi həll edəcəm”, - deyə bildirən Riçard paytaxt merliyinə namizəd olan ilk qaradərili şəxs kimi tarixə düşməyi bacarıb.
Qeyd edək ki, Nigeriya əsilli gürcüstanlı namizəd artıq Tiflis sakinləri arasında da xeyli məşhurlaşmağı bacarıb.
Riçard Oqbunucu ilə geniş müsahibəni sizə tədim edirik:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
23:22 / 05.09.2021
Nigeriyadan Tiflis merliyinə - 26 illik macəra – VİDEO
Hazırda oxunan: Nigeriyadan Tiflis merliyinə - 26 illik macəra – VİDEO
Hazırda oxunan: Nigeriyadan Tiflis merliyinə - 26 illik macəra – VİDEO
35676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.