Sentyabrın ilk günlərində Azərbaycanda hava necə olacaq? - VİDEO

Sentyabrın ilk günlərində Azərbaycanda hava necə olacaq? - VİDEO

Hazırda oxunan: Sentyabrın ilk günlərində Azərbaycanda hava necə olacaq? - VİDEO

35612

Sentyabr ayının ilk günlərindən havanın temperaturu bir qədər enib.

Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, kəskin istilər sərin hava ilə əvəzlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin sözlərinə görə, bu ay havanın temperaturu və aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bazar gününə olan hava PROQNOZU


Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 22-24 dərəcə proqnozlaşdırılır ki, bu da iqlim normasına uyğundur.

Asif Verdiyev qeyd edib ki, qarşıdakı günlərdə hava şəraitinin mülayimləşəcəyi, əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir.

Sabah və ayın 6-da bəzi yerlərdə şimşək çaxacağı və yağış yağacağı proqnozlaşdırılır. Havanın temperaturu aran rayonlarında gündüz 27-32, dağlarda isə 18-23 dərəcə isti olacağı gözlənilir.

Yaxın günlərdə temperaturda kəskin artım gözlənilmir. Bu da meteohəssas insanlar üçün əlvərişli hesab olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO