Şoyqu və Lavrov vəzifəsi ilə vidalaşır? - Putin AÇIQLADI – VİDEO

Şoyqu və Lavrov vəzifəsi ilə vidalaşır? - Putin AÇIQLADI – VİDEO

Hazırda oxunan: Şoyqu və Lavrov vəzifəsi ilə vidalaşır? - Putin AÇIQLADI – VİDEO

0:00
0:00
35383

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu Dövlət Dumasına buraxmaq istəmir. 

Bizim.Media xəbər verir ki, Kremlin sahibinin sözlərinə görə, bu haqda qərarı yalnız onların özləri verməlidir.

Şərq İqtisadi Forumunun moderatoru, jurnalist Sergey Brilev prezidentdən Şoyqu və Lavrovu Dövlət Dumasına buraxdığına görə peşman olub-olmayacağını soruşub.

"Getməklərinə heyfslənirəm, yaxşı işləyirlər. Həmkarları istədilər ki, onlar “Vahid Rusiya” partiyasının siyahısına başçılıq etsinlər”, deyə Putin cavab verib.

"Ancaq qərarlar ilk növbədə onlar tərəfindən verilməlidir”, deyə o, əlavə edib.
 

Lavrov və Şoyqu Dövlət Dumasına payız seçkilərinə “Vahid Rusiya” partiyasından ilk beşlikdə gedirlər.


Xatırladaq ki, Şərq İqtisadi Forumu 2-4 sentyabr tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO