Jirinovskidən Talibana DƏSTƏK AKSİYASI – VİDEO

Jirinovskidən Talibana DƏSTƏK AKSİYASI – VİDEO

Hazırda oxunan: Jirinovskidən Talibana DƏSTƏK AKSİYASI – VİDEO

35285

LDPR lideri Vladimir Jirinovski Əfqanıstanın Moskvadakı səfirliyi önündə aksiya keçirərək ölkənin "azad olduğuna" görə sevincini ifadə edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Partiya rəhbəri çıxışında "azad Əfqanıstan" və "azadlığı sevən Əfqan xalqı" sözlərindən istifadə edib.

“Bu cür qəhrəmanlıq səyləri ilə qələbə qazanan xalqa, Əfqanıstana xoşbəxtlik və firavanlıq diləyirik. Təxminən 100-200 ildir ki, Əfqanıstan 1 sentyabrdan etibarən nəhayət azad bir ölkə olmaq üçün mübarizə aparır”,- siyasətçi tədbirdə bildirib.

Bundan sonra Jirinovski qapalı görüş üçün diplomatik missiya binasına daxil olub.

Siyasətçi avqustun 29 -da Telegram kanalında Əfqanıstanda baş verənləri infarktla müqayisə edib və deyib ki, bu "xəstəlik" bütün Orta Asiyada terroru yayacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO