Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş – ANBAAN VİDEO

Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş – ANBAAN VİDEO

Hazırda oxunan: Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş – ANBAAN VİDEO

35133

Avqustun 29-da axşam saatlarında “Berlin Pub” kafesində baş verən qətl hadisəsindən sonra bu məkan ətrafında müzakirələr davam edir.

Tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazovun müştəri Vüqar Mustafayevi döyərək öldürməsindən sonra “Berlin Pub”ın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur – FOTO 


Bizim.Media xəbər verir ki, həmin məkanın yerləşdiyi yaşayış binasının sakinlərindən bir neçəsi bildirib ki, təxminən bir il əvvəl fəaliyyətə başlayan “Berlin Pub”da mütəmadi olaraq dava baş verirmiş: “Səs-küy daim yüksək olurdu, polisə dəfələrlə şikayət etmişdik.

Gəlib xəbərdarlıq edib gedirdilər. Polislər deyirdi ki, karantin rejimi saat 12-yə kimidir, onlar da karantin rejimini pozmadığı üçün heç nə edə bilmərik.

Davalar da həmişə kafenin çölündə olduğu üçün “Berlin Pub”ın rəhbərliyinə bir söz deyilmirdi. Amma bütün davalar “Berlin Pub”ın rəhbərliyinin nizam-intizamsızlığı ucbatından baş verirdi”.

Sakinlərin təqdim etdiyi dava görüntülərinin birində mühafizəçi Orxan Şahbazov da kadrlarda görünür. (Qafqazinfo.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO