Xüsusi təyinatlılarımız antiterror təlimi KEÇİRDİ-VİDEO - VİDEO 

Xüsusi təyinatlılarımız antiterror təlimi KEÇİRDİ-VİDEO - VİDEO 

Hazırda oxunan: Xüsusi təyinatlılarımız antiterror təlimi KEÇİRDİ-VİDEO - VİDEO 

35016

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib. Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır.

Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı - FOTO/VİDEO


Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb. 

Təxribatçıların gizləndikləri binada səssizcə mövqe tutan snayper cütlükləri qrupların təhlükəsiz hərəkətini təmin etmək üçün fəaliyyət göstərirlər. 

Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayırlar. 

Antiterror əməliyyatını itkisiz başa vurmaq və qaçırılmış pilotun sağ şəkildə azad edilməsi üçün digər bir qrup da helikopterlə binaya endirilir. 

Xüsusi təyinatlılarımız şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda tətbiq edilən yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər. 

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edir, aviabazanın pilotunu azad edərək kimliyini dəqiqləşdirir və əməliyyat rayonundan uzaqlaşırlar. 
 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib. 


Mərasimdə sarsılmaz qardaşlığın nümunəsi olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyətindən danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev taktiki-xüsusi təlimdə xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş təcrübəsi nümayiş etdirdiyini diqqətə çatdırıb. 
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO