Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində - VİDEO

Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində - VİDEO

Hazırda oxunan: Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində - VİDEO

34813

Dünya şöhrətli amerikalı aktyor, “Qızıl Qlobus” və “Emmy” mükafatları laureatı Con Travolta Budapeştdə Azərbaycanın xalq artistləri, opera müğənniləri Yusif Eyvazov və Elçin Əzizovla görüşüb.

Bizim.Media xəbər verir ki, Budapeşt İncəsənət Sarayının səhnəsində opera divası, Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin “Toska” operası nümayiş olunub.

Tədbirin qonaqları arasında məşhur aktyor Con Travolta da olub.

Tamaşadan sonra o, səhnə arxasına keçib və opera ulduzlarının istedadlarına heyranlığını bildirib.

“Möhtəşəm performans idi”, - deyə aktyor vurğulayıb.

Y. Eyvazov “Instagram” səhifəsində “İnanmayacaqsınız, uşaqlar, bu gün Con Travoltanın özü bizi alqışladı”, - deyə bu barədə paylaşım edib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO