Kabulda baş verən partlayışda azı 40 nəfər ölüb – FOTO/VİDEO - YENİLƏNİB 

Kabulda baş verən partlayışda azı 40 nəfər ölüb – FOTO/VİDEO - YENİLƏNİB 

Hazırda oxunan: Kabulda baş verən partlayışda azı 40 nəfər ölüb – FOTO/VİDEO - YENİLƏNİB 

34370

Kabul hava limanı yaxınlığında baş verən partlayışlar nəticəsində azı 40 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.  

Yaralıların təxminən 60%-nin ağır vəziyyətdə olduğu bildirilir. "Taliban" sözçüsü Zabiullah Mücahid bildirib ki, hava limanında 2 partlayış olub. 

Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlər arasında uşaqlar da var. Eyni zamanda xəsarət alanlar arasında bir neçə “Taliban” üzvünün olduğu da bildirlir. 

Partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanan 3 giriş qapısından birində baş verib. 

Bizim.Media

***

Kabildə hava limanının yaxınlığında partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bunu Pentaqonun sözçüsü deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutuldu


Con Kirbinin sözlərinə görə, hələlik zərərçəkənlər barədə dəqiq məlumat yoxdur. Lakin xarici mediada yer alan məlumatlara görə isə yaralılar və ölənlər var.

Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO