Odessada “Russia” yazısına görə xarici saxlanıldı – VİDEO

Odessada “Russia” yazısına görə xarici saxlanıldı – VİDEO

Hazırda oxunan: Odessada “Russia” yazısına görə xarici saxlanıldı – VİDEO

33978

Ukraynanın Odessa şəhərinin mərkəzində maykasında “Russia” yazısı olan xarici ələ keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya "russian.rt.com" saytında yerləşdirilib.

Polis idarəsindən bildirilib ki, 26 yaşlı gənc Ukrayna bayrağına görə münaqişə yaratmağa çalışıb və polisin tələblərinə reaksiya verməyərək qaçmaq istəyib.

O, ABŞ-dan turist kimi gəldiyini iddia edir. Onun barəsində iki inzibati protokol tərtib edilib. Həbs olunarkən polis işçilərini nasist adlandırıb: "Tarixi yaxşı bilirəm".

"Səhv bir şey etmədim, sadəcə gəzdim və polis tərəfindən saxlanıldım. Bu, Ukraynada azadlıq hesab edilir? Mənim yanımda heç bir silahım yoxdur. Turistlərlə bu cür davranırsınız? Siz irqçisiniz, siyasətə görə rusları sevmirsiniz, bu dünyada problemsiniz. Rusiya olmasaydı, almanca danışardınız, sizin nasistlər xoşunuza gəlir”, deyə tutulan şəxs bildirib.

O, kömək üçün ABŞ prezidenti Co Baydenə müraciət etməyə hazır olduğunu da vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO