\

\"Çılğın dondurmaçı\"nın bu görüntüləri rekord qırır - VİDEO 

Hazırda oxunan: \"Çılğın dondurmaçı\"nın bu görüntüləri rekord qırır - VİDEO 

33956

Türkiyədə "Çılğın dondurmaçı" ləqəbi ilə tanınan dondurma satan sosial şəbəkələrin fenomeninə çevrilib. 

Bizim.Media xəbər verir ki, uzun illərdir dondurma satan Mehmet Dinç gördüyü işi daha rəngarəng etmək qərarına gəlib. 

O, dondurma satmağı əyləncəli etmək üçün müştəriləri ilə mahnı oxuyaraq rəqs edir.

Turizm mərkəzlərindən olan Antalyada otellərin yerləşdiyi bölgədə yerli və xarici turistlərə dondurma satan Mehmet bu şousu ilə qısa müddətdə populyarlıq qazanıb. 

Fenomenin əyləncəli görüntüləri feysbuk, instaqram, tik-tok, yutub kimi sosial platformalarda paylaşılaraq trend olub.

Mehmet Dinçin türk və ərəb dillərində səsləndirdiyi mahnısı "Ürəyimsən" adlanır. 

Fenomenin yutub sosial platformasındakı videoları 75 milyon, tik-tok sosial şəbəkəsində isə sadəcə bir videosu 15 milyondan çox izlənilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO