Müğənni əri ilə elə videosunu yaydı ki... - VİDEO

Müğənni əri ilə elə videosunu yaydı ki... - VİDEO

Hazırda oxunan: Müğənni əri ilə elə videosunu yaydı ki... - VİDEO

33597

Ukraynalı pop müğənni Anna Sedokovanın şəxsi "Instagram" səhifəsində əri - "Ximki" basketbol klubunun üzvü, latviyalı idmançı Yanis Timma ilə birlikdə olduğunu videogörüntü paylaşıb.

Bizim.Media xəbər verir ki, onun bu paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

"Taleyin sizin üçün hazırladığı yolları əvvəlcədən müəyyən edə bilməzsiniz, ancaq bu yolu kiminlə birlikdə gedəcəyinizi seçə bilərsiniz", - deyə müğənni öz paylaşımında yazıb.

Videoda Sedokova müəyyən fiziki hazırlıq tələb edən pozada nişanlısının qucağında dayanaraq onunla öpüşür.

Cütlüyün bu görüntüsü 101 mindən çox baxış əldə edib. İzləyiciləri A.Sedokovanı qeyri-etik hərəkətə yol verməkdə ittiham ediblər. Bəziləri isə "Instagram"ın azyaşlı, yeniyetmə izləyicilərinə qarşı hörmətsizlikdə günahlandırıblar.

Qeyd edək ki, Yanis Timma keçmiş "VIA Gra" qrupunun solisti Anna Sedokovanın üçüncü əridir.

O, Annadan 9 yaş kiçikdir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO