Bu gün günorta saatlarında Ermənistanın Telegram kanallarında gülməli bir video paylaşılıb.
Bizim.Media xəbər verir ki, videoda maşın təkərləri ilə əhatə olunan erməni səngəri görünür və bir neçə əsgər qorxularından yerə yıxılaraq Azərbaycan hərbçilərinə güllə atır.
Bu məqam isə erməni blogerinin diqqətindən yayınmayıb və Ermənistanın yeni müdafiə naziri, Baş Qərargahı tənqid edilib:
“Erməni torpaqlarının və erməni millətinin müdafiəçiləri olan qəhrəmanlarımızın mübarizə apardığı şərtlər budur! Ermənistan Müdafiə Nazirliyi postları belə təqdim edir! Ölkənin siması dövlət sərhədindən başlayır! Sərhədimiz isə budur! Biz buna layiqikmi? Bu adamlar yalnız təkərlərlə qorunmağa layiqdirlərmi?
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şuşanın Sarıbaba kəndini tərk etdilər - DETALLAR
Arşak Karapetyan (Ermənistanın yeni müdafiə naziri), axmaq və xəyanətkarsan! Mən səni ayaqlarım altında tapdalayacam. Sən nazir deyilsən, axmaqsan!
Niyə qardaşlarımız belə döyüşürlər? Bütün bu deyilənlər həm də Baş Qərargaha aiddir”.
Bloger “səngərin” Azərbaycan-Ermənistan sərhədinin hansı iqtiqamətində olduğu, döyüşlərin isə nə vaxt baş verdiyi barədə məlumat vermir.
Bizim.Media