Şirvan şəhərində yaşayış binalarından biri uçma təhlükəsi ilə üz-üzədir.
Bizim.Media xəbər verir ki, söhbət Şirvan şəhər, 20 yanvar küçəsində yerləşən 1A binasından gedir.
Binanın blokunun tavanı hər an uça bilər. Xüsusilə yuxarı mərtəbələrdə yaşayan sakinlər təhlükə içərisindədirlər.
Sakinlərin sözlərinə görə, hər gün tavandan uçub tökülən daş və taxta qırıqları onlara xəsarət yetirə bilər. Tavanda iri çatlar yaranıb.
Tavanın uçuq hissəsinin altında qaz sayğacının olması təhlükəni artırır.
Məsələ ilə bağlı Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İsmayıl İsmayılov bildirdi ki, nəzarətsiz qalan çənlərdən axan sular tavanın belə vəziyyətə düşməsinə səbəb olur.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
13:16 / 18.08.2021
Yaşayış binası uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
Hazırda oxunan: Yaşayış binası uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
Hazırda oxunan: Yaşayış binası uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
33200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.